Categories
BLOG

bayern lotto adventskalender

24 – Vətənim özgür olsa!

Vətənim özgür olsa!

Xalqımız oyanmasa,
Haqların alanmasa,
Dövlətin quranmasa,
Vətənimiz [1] yox olar.

Kültürün qorumasa,
Dilini danışmasa,
Oxulda yazılmasa,
Vətənimiz yox olar.

Varlığına Varmasa,
Sömürgədə yaşasa,
Köləlikdən çıxmasa,
Vətənimiz yox olar.

Vətənin tanıtmasa,
Özünü savınmasa,
Vətəndə qalanmasa. [2]
Vətənimiz yox olar.

Kökünü [3] tanımasa,
Geçmişin oxumasa,
Vətənin qorumasa,
Azərbaycan [4] yox olar.

Xalqımız ayağa dursa,
Faşizmi [5] yurddan qovsa,
Vətənim özgür olsa,
Xalqımız azad olar.

Türk dili azad olsa,
Özünə oxul açsa,
Bağımsız dövlət qursa,
Özünə bir ölkə olar.

Vətənim özgür olsa,
Sərvəti yurdda qalsa,
Fabrika yurdda qursa,
Vətənim abad olar.

Dövlətimiz qurulsa,
Otay bu tay bir olsa,
Xalqım bilikdə qalsa,
Vətənimiz [6] güclü olar.

05.08.2015 Eldar Güneyli

[1] Güney Azərbaycandan söhbət gedir
[2] Işsizlikdən xalqımız farsistana çökür
[3] Tarixini, (tarix ərəb sözüdür), soyunu
[4] Güney Azərbaycandan söhbət gedir
[5] Fars faşizmini
[6] Bütöv Azərbaycan

24 – Vətənim özgür olsa! Vətənim özgür olsa! Xalqımız oyanmasa, Haqların alanmasa, Dövlətin quranmasa, Vətənimiz [1] yox olar. Kültürün qorumasa, Dilini danışmasa, Oxulda ]]>